Dövlət sığorta nəzarəti

 
“Günay Sığorta” ASC-nin lisenziyasının qüvvəsi bərpa edildi.    XƏBƏRLƏR:

30 İYUN 2010-CU İL TARİXDƏ NöVBƏTİ TEST İMTAHANINA BURAXILACAQ ŞƏXSLƏRİN SİYAHISI MƏLUM OLDU.

29.06.2010


“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq 30 iyun 2010-cu il tarixdə sığortaçıların rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün növbəti test imtahanı keçiriləcəkdir.

Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün test imtahanları 30 iyun 2010-cu il tarixdə müvafiq olaraq saat 10.00-da başlayacaqdır.

İmtahana qeydiyyat imtahanın başlama vaxtından 30 dəqiqə əvvəl başlayır.

İmtahana gələnlərdən xahiş olunur ki, şəxsiyyət vəsiqələrini gətirməyi unutmasınlar.


Rəhbər işçi vəzifəsinə namizədlərin siyahısı


Sığorta vasitəçiliyinə namizədlərin siyahısı


geriyə