30 İYUN 2010-CU İL TARİXDƏ NöVBƏTİ TEST İMTAHANI KEÇİRİLƏCƏKDİR.
23.06.2010“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq 30 iyun 2010-cu il tarixdə növbəti test imtahanı keçiriləcəkdir.
Həmçinin, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və/və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün 29 iyun 2010-cu il saat 11:00-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə aşağıdakı telefon nömrələri və ya e-mail vasitəsilə əlaqə saxlayaraq imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər:
(+99412) 404 46 99 (daxili nömrələr 256 və ya 254)
a.alizade@maliyye.gov.az
Qeyd: Sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaqlar.
Tələb olunan sənədlərin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.sigorta.maliyye.gov.az/?/az/mainpage/more/









