21 MAY 2010-CU İL TARİXDƏ KEÇİRİLMİŞ TEST İMTAHANININ NƏTİCƏLƏRİ MƏLUM OLDU.
25.05.2010“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2.7-ci maddəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarına uyğun olaraq, 21 may 2010-cu il tarixdə sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün test imtahanı keçirilmişdir.
İmtahanda iştirak etmiş 4 nəfər rəhbər vəzifəyə namizəd olan şəxsdən yuxarıda qeyd olunan Qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 2 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 10 nəfər fiziki şəxsdən isə 2 nəfəri attestasiyadan müvəffəqiyyətlə keçmişdir.
Attestasiyadan müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
Fiziki şəxs sığorta vasitəçisi olmağa namizədlər.









